AUT.AZ

Ançelottidən etiraf: Bu ikisinə nə izah edə bilərəm?

“Real”ın baş məşqçisi Karlo Ançelotti iki əfsanəvi italyan müdafiəçi -Alessandro Nesta və Paolo Maldini ilə birlikdə Milanda keçirdiyi vaxtları (2001-2009) xatırlayıb.

Aut.az xəbər verir ki, Ançelotti onlara nəyisə öyrətməyə lüzum olmadığını bildirib.

“Fikir versəniz, “Milan”dakı bütün məşqçilik karyeram ərzində mən heç vaxt necə müdafiə olunmalı və müdafiə zamanı necə hərəkət edəcəyimi izah etməmişəm. Mən bunu heç vaxt etməmişəm, bu ikisinə nə izah edə bilərəm?”, – Ançelotti deyib.

Aut.az

Exit mobile version