AUT.AZ

Yığmanın həkimi hava limanı əməkdaşının həyatını xilas etdi

Rusiyanın U-21 yığmasının həkimi İvan Aqapov San-Paulu hava limanının epilepsiya tutması keçirən əməkdaşının həyatını xilas edib.

Aut.az xəbər verir ki, b barədə “Baza” telegram kanalı məlumat yayıb.

Rusiya millisi Uruqvaydakı yoldaşlıq oyunlarından sonra San-Pauludan Moskvaya uçub San-Pauluda komanda üzvlərindən biri skanerin arxasında olan hava limanının əməkdaşının halının pisləşdiyini görüb: o titrəyirmiş. Oğlan təcili olaraq komandanın həkimi İvan Aqapovu köməyə çağırıb.

Mənbənin sözlərinə görə, Aqapov qadının epilepsiya tutması olduğunu dərhal müəyyənləşdirib və dilinin qatlanmaması üçün onu çevirib. Bundan sonra həkimlər gələnə qədər onun vəziyyətini nəzarətdə saxlayıb. 10 dəqiqədən sonra həkimlər artıq hadisə yerində olublar və qadını aparıblar.

Aut.az

Exit mobile version