AUT.AZ

Tayson döyüşdən əvvəl görün nəyi reklam edəcək – FOTO

Mayk Tayson Ceyk Paul ilə döyüşdən əvvəl məhsullardan birini reklam etmək istəyir.

Aut.az “Daily Mail”ə istinadən xəbər verirki, əfsanəvi boksçu “Mike Bites” saqqızlarını təbliğ edəcək. 57 yaşlı boksçu məşhur Tayms meydanında baş tutacaq xüsusi tədbir planlaşdırır.

Sözügedən reklam 1997-ci ildə amerikalı ilə Evander Holifild arasında baş vermiş məşhur döyüşdən ilhamlanacaq. Döyüş zamanı Tayson rəqibinin qulağının bir parçasını dişləyib və diskvalifikasiya edilib. Saqqızlar buna görə qulaq formasında olacaq.

Qeyd edək ki, Paulla döyüş iyulun 20-də baş tutacaq.

Aut.az

Exit mobile version