AUT.AZ

Təəccüblüdür: Tarixin ən sürətli avtoqolu? – VİDEO

 Lixtenşteynlə yoxlama oyununda Latviya millisi milli komanda səviyyəsində potensial olaraq ən sürətli avtoqola imza atıb.

Aut.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Martis Oşs 14-cü saniyədə topu öz qapısına göndərib.

Bildirilir ki, millidəki avtoqollarla bağlı rəsmi statistika yoxdur. Bu avtoqol tarixi ola bilər.

Oyun Lixtenşteyn üçün vacib idi – komanda 2021-ci ilin payızından bəri ilk dəfə uduzmayıb (1:1).

Exit mobile version