AUT.AZ

“Soyulduq” deyən futbolçuya ağır cəza verildi

“Real”ın La Liqanın 21-ci turunda “Almeriya” üzərində əzmkar qələbəsi bu mövsüm İspaniya çempionatının ən mübahisəli matçlarından biri olaraq qalır.

Aut.az xəbər verir ki, “kral klubu” ilk hissədən sonra 0:2 hesabı ilə uduzsa da, ikinci hissədə oyunun axarını dəyişərək 3:2 hesabı ilə qalib gəlib. “Santyaqo Bernabeu”da onların lehinə üç qərarın verildiyini nəzərə alsaq, “Almeriya” nəticədən çox narazı idi.

“Real”ın xeyrinə mübahisəli penalti təyin olundu və Vinisiusun aşkar əllə oynamasına baxmayaraq, klubun ikinci qolu hesaba alındı. Eyni zamanda, “Almeriya”nın qollarından biri Cud Bellinqemə qarşı şübhəli qayda pozuntusuna görə ləğv edildi.

Əndəlus komandasının oyunçuları final fitindən sonra qəzəbləndilər, xüsusən də özünün və komanda yoldaşlarının “soyulduğunu” deyən yarımmüdafiəçi Qonzalo Melero. “Marca” xəbər verir ki, İspaniya Futbol Federasiyasının komitəsi Meleronu bu ifadəyə görə dörd oyunluq cəzalandırıb.

Aut.az

Exit mobile version