AUT.AZ

“Qarabağ”ın qapıçısı bir ayda Bakıda nə qədər xərcləyir? – Sanballı məbləğ

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyev Azərbaycanda bir ayda nə qədər pul xərclədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Lunyev bu barədə Sport24-ün müxbiri Boris Korolevlə söhbətində deyib.

“Almaniyada, düzünü desəm, sadəcə maşın və mənzil kirayələmək üçün mənə 5000 avro lazım idi. Amma Azərbaycanda xərclər bir qədər azalıb.

Deyək ki, mənzil üçün 1,5 min avro lazımdır. Bir maşın üçün min avro bəsdir. Uşaq bağçası üçün qəpik-quruş  ödəyirəm. Benzin normal istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hamısı birlikdə təxminən 4000-5000 avroya (təxminən 9 min manat) çıxır”, – Lunyev bildirib.

Aut.az

Exit mobile version