AUT.AZ

Ona “Barsa”da vəzifə təklif edəcək

“Barselona”nın baş məşqçisi Xavi Ernandes baş məşqçi postunu tərk edəndən sonra da “Barselona”da qala bilər.

Aut.az xəbər verir ki, klub prezidenti Joan Laporta Xavinin “Barsa” sistemində qalmasında maraqlıdır və ona vəzifə təklif edəcək.

Xavinin klubda olduğu müddətdə əsas şikayətlərindən biri onun əməyinin qiymətləndirildiyini hiss etməməsidir və Laporta ona bunun belə olmadığını göstərməyə çalışacaq.

“Barca Reservat”ın məlumatına görə, Laporta Xaviyə marafonları serebral ifliclə başa vurmuş məşhur ispan idmançı Aleks Roka ilə birlikdə “Barselona” Fondunun səfiri olmağı təklif edəcək.

Əvvəllər xəbər verildiyi kimi, Laporta Xavini baş məşqçi postunda saxlamaq niyyətindədir. Amma mütəxəssis bildirib ki, mövsümün sonunda vəzifəsini tərk edəcək.

Aut.az

Exit mobile version