AUT.AZ

Messinin futboldan başqa sevimli idman növü hansıdır?

Argentinalı ulduz Lionel Messi futboldan başqa ən çox sevdiyi idman növü haqda danışıb.

Aut.az xəbər verir ki, Leo bir neçə idman növünə maraq göstərdiyini bildirib.

“Tennis, basketbol və Amerika futbolu. Mən Amerika futbolu haqqında çox şey öyrənirəm və onu daha yaxşı başa düşürəm və onu sevirəm”, – Messi deyib.

Qeyd edək ki, 36 yaşlı Lionel hazırda zədəlidir və “İnter Mayami”nin son bir neçə matçını buraxıb.

Aut.az

Exit mobile version