AUT.AZ

Məşhur futbolçu gənənin qurbanı oldu

“Dnepr”, “Arsenal”, “Krivbass”, “Volın” və Ukrayna millisinin sabiq futbolçusu Boqdan Şerşun 42 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə Şerşun ailəsinin yaxın dostu, Rolan Qusev məlumat verib.

“Onun ölüm xəbəri böyük şok oldu. Boqdanın atasının dediyi kimi, bu, gənə səbəbindən baş verib. Onun dişləməsi başında fəsadlar yaradıb. Ancaq vaxt keçdi, belə bir şey tapılmadı. Boqdan həyatının son günlərində özünü pis hiss edirdi – özünü zəif hiss edir və daim yatırdı. Bir ponksiyon etdilər, sonra hər şey daha da pisləşdi… Boqdanın atasının, bacısının, qızının hıçqırıqlarını dinləmək çətin idi. Və mən onların yanında ola bilmədim. Vaxtilə Boqdan mənə çox kömək etdi – “Dnepr”ə keçəndə”, – Qusev Sport24-ə müsahibəsində deyib.

Xatırladaq ki, Boqdan Şerşun ömrünün son günlərini Belçikada keçirib və orada müalicə alıb.

Aut.az 

Exit mobile version