AUT.AZ

Kroos “Real”la bağlı qəti qərar verdi

“Real”ın almaniyalı yarımmüdafiəçisi Toni Kroos gələcəyi ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “kral klubu”nda qalacaq. Bu barədə tanınmış insayder Fabritsio  Romano məlumat verib.

Mənbənin məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi “Los Blancos”la 2024/25 mövsümünün sonuna qədər qüvvədə olacaq yeni müqaviləyə razılaşıb.

Qeyd olunur ki, alman “Real Madrid” rəhbərliyi ilə birbaşa danışıqlar aparır. Yeni müqavilənin imzalanması sadəcə formal xarakter daşıyır.

Bu mövsüm Toni Kroos “Real Madrid”in heyətində 38 oyun keçirib, 1 qol vurub, 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 14 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version