AUT.AZ

Koul “arzuların komandası”nı qurdu

2024-cü ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən Eşli Koul keçmiş komanda yoldaşlarından ibarət “arzuların komandası”nı formalaşdırıb.

Aut.az xəbər verir ki, Premyer Liqa tarixinin ən yaxşı sol cinah müdafiəçilərindən olan Koul “Arsenal” və “Çelsi”də oynaması ilə məşhurdur. Təəccüblü deyil ki, bu komandalardan ən yaxşıları komandada yer alıb.

Qeyd edək ki, Koul özünü sol cinah müdafiəçisi mövqeyinə qoyub, lakin belə etiraf edib:

“Qael Klişi, Silvinyonu da bu mövqeyə qoya bilərdim. Ən yaxşı olduğumu demirəm”.

Qapıçı: Petr Çex

Müdafiəçilər: Branislav İvanoviç, Sol Kempbell, Con Terri, Eşli Koul,

Yarımmüdafiəçilər: Patrik Vieyra, Frank Lempard, Fredrik Lunqberq, Robert Pires,

Hücumçular: Tyerri Anri, Didye Droqba.

Aut.az

Exit mobile version