AUT.AZ

Kapitana telefon atdılar, belə reaksiya verdi – VİDEO

Martın 26-da Ukrayna və İslandiya yığmaları arasında Avro-2024-ün seçmə mərhələsinin final pley-off oyunu keçirilib. Nominal meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, Rusiyanın Ukrayna ərazisində başladığı müharibə səbəbindən “mavi-sarılar” ev oyununu Polşada, “Tarçinski Arena” (Vrotslav) stadionunda keçirib.

Qarşılaşmada maraqlı məqam yaşanıb. Ukraynanın  kapitanı Aleksandr Zinçenko paltardəyişmə otağına gedərkən onun ayağına telefon atılıb. Məlum olub ki, bu, “Arsenal”ın ulduzu ilə selfi çəkmək istəyən azarkeşlərdən birinin orijinal ideyası olub.

Aleksandr özünü  itirməyib. O, telefonu götürərək selfi çəkib və onu azarkeşə atıb. Xoşbəxtlikdən fanat telefonu tutub.

Aut.az

Exit mobile version