AUT.AZ

Juninyo Fransanın bu klubu ilə anlaşdı – FOTOFAKT

“Qarabağ”ın futbolçusu Olavio Juninyo Fransanın “Tuluza” klubu ilə anlaşıb.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Transfer Nabzı” paylaşıb.

Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komollinin bu transferdə aktiv rol oynadığı vurğulanıb. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi vurğulanıb.

Qeyd edək ki, forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Əlavə edək ki, Juninyonun transferində Türkiyənin “Beşiktaş” və “Fənərbağça” klubları da maraqlıdır.

Heybət

Exit mobile version