AUT.AZ

“Google”da ölümlə bağlı şeylər axtarırdım”

“Tottenhem”in və Braziliya millisinin hücumçusu Riçarlison maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Qətərdə keçirilən dünya çempionatından sonra depressiya ilə mübarizəsindən danışıb:

“İntihardan danışmayacam, amma depressiyaya düşmüşdüm və bundan çıxmaq istəyirdim. Mənəvi cəhətdən güclü görünən mən də. Dünya çempionatından sonra sanki hər şey dağıldı. Düşünürəm ki, terapevt məni xilas etdi. O, həyatımı xilas etdi. Başıma ancaq cəfəngiyyat gəlirdi… Hətta “Google”da ancaq cəfəngiyyatlar, ölümlə bağlı şeylər axtarırdım.

Bu gün deyə bilərəm ki, psixoloq axtarın. Psixoloqa ehtiyacınız varsa, onu axtarın. Çünki içinizi açmaq, bir insanla danışmaq lazımdır. Əvvəllər məndə bu qərəz var idi, bunun cəfəngiyyat olduğunu düşünürdüm. Özümü dəli hesab edirdim. Ailəmdə elə insanlar var ki, psixoloqa gedən adamın dəli olduğunu hesab edirlər. Amma mən bunu etdim. Bunun gözəl olduğunu başa düşdüm. Həyatımda etdiyim ən yaxşı, həqiqətən də ən yaxşı kəşf idi”.

Aut.az

Exit mobile version