AUT.AZ

Futbol tarixinin ən vacib insanı odur – Karragerə görə

“Liverpul”un keçmiş müdafiəçisi və hazırda futbol mütəxəssisi Ceymi Karraqer “ Barselona”nın sabiq baş məşqçisi Yohan Kroyff haqda danışıb.

Aut.az xəbər verir ki, o, Kroyffu futbol tarixinin ən önəmli adamı adlandırıb.

“Mən Kroyff seçəcəyəm. Məsələ burasındadır ki, onun karyerasında hansısa böyük uğur qazanması yox, “Barselona”da keçdiyi yol unikaldır.

Bu günə qədər Yohan haqqında danışırlar. Onun Kataloniya klubunda qoyduğu fəlsəfəni müzakirə edirlər. Deməli, mənim üçün Yohan Kroyff futbol tarixinin ən vacib insanıdır”, – Britaniyanın “Daily Mail” onlayn nəşri Karragerdən sitat gətirib.

Kroyff peşəkar məşqçilik karyerası ərzində “Barselona” və “Ayaks”la çalışıb. Niderlandlı mütəxəssis “mavi qranatlılar”ı 4 dəfə çempion edib, ölkə kubokunu və Superkubokunu qazandırıb.

Aut.az

Exit mobile version