AUT.AZ

“Bavariya”nın baş məşqçi postuna daha bir namizəd

“Bavariya” mövsümün sonunda komandanın baş məşqçi postunu tərk edəcək Tomas Tuxel üçün fəal şəkildə əvəzedici axtarır.

“Bavariya”nın sabiq oyunçusu, “Bayer Leverkusen”in baş məşqçisi Xabi Alonso Münhen klubunun əsas hədəfidir. Lakin ispaniyalı üçün həm də “Liverpul” mübarizə aparır.

“Brayton”un baş məşqçisi Roberto De Zerbi də əsas namizədlərdən biridir. “Bavariya” rəhbərlərinin siyahısında yeni bir namizəd də peyda olub.

Bu, “Aston Villa”nın baş məşqçisi Unai Emeridiri. Bildirilir ki, Münhen nəhənginin bossları onun namizədliyinə ciddi yanaşırlar.

Aut.az

Exit mobile version