AUT.AZ

Əfsanəvi futbolçu öldü

“Liverpul”, “Nottingem Forest” və İngiltərə millisinin sabiq futbolçusu Larri Lloyd vəfat edib. Onun 75 yaşı var idi.

Aut.az xəbər verir ki, mərkəz müdafiəçisi kimi çıxış edən Lloyd 1969-1974-cü illərdə “Liverpul”da çıxış edib, mersisaydlılarla 1972/1973 mövsümündə UEFA kubokunun qalibi və İngiltərə çempionu olub.

1976-cı ildə Lloyd “Nottingem Forest”ə keçib və “meşəçilər”in heyətində 218 oyun keçirib, ardıcıl iki dəfə UEFA Kubokunu (1979 və 1980-ci illərdə), həmçinin İngiltərə Çempionatını (1978) və UEFA Super Kubokunu (1979) qazanıb.

Lloyd İngiltərə millisində dörd oyun keçirib və futbolçu karyerasını bitirdikdən sonra “Uiqan” və “Notts Kaunti” komandalarının məşqçisi olub.

Aut.az

Exit mobile version