AUT.AZ

Xviçanın zəfər sevinci: Masanın üzərində rəqs etdi – VİDEO

Gürcüstan millisi tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Həlledici seçmə görüşdə gürcülər Yunanıstana qalib gəlib (0:0, penaltilərdə 4:2).

Aut.az xəbər verir ki, oyundan sonra gürcülərin lideri Xviça Kvaratsxeliya emosiyalarını cilovlaya bilməyib. O, soyunub-geyinmə otağında əvvəlcə ləzginka rəqsi edib.

Daha sonra masanın üzərində başqa formada performansını başqa rəqslərlə davam etdirib. Eyni zamanda komanda yoldaşları ilə qələbə mahnıları oxuyub. 

Qeyd edək ki, Gürcüstan millisi 2024-cü il Avropa çempionatının final mərhələsində Portuqaliya, Çexiya və Türkiyə ilə birlikdə F qrupunda mübarizə aparacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Exit mobile version