AUT.AZ

VADA prezidentindən çağırış: Ruslar otaqda özləri ilə oynaya bilərlər…

VADA-nın prezidenti Vitold Banka bildirib ki, Rusiyada keçirilən Dostluq Oyunları Olimpiya Komitəsinin dürüst və birgə fəaliyyətinə xələl gətirmək məqsədi ilə yaradılıb.

Aut.az xəbər verir ki, Vitold vurğulayıb ki, rusiyalı idmançılar öz ərazilərində yarışlar keçirə və bir-biri ilə yarışa bilər, lakin digər dövlətlərin idmançılarını “Dostluq Oyunlarının fəlakətli təşəbbüsünə” cəlb etməməlidirlər.

“İndi vəziyyətin necə çətin olduğunu bilirsiniz. Yalnız Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləməyən neytral idmançılar Olimpiya Oyunlarında iştirak edə bilərlər. Beləliklə, “Dostluq Oyunları”nın təşkili sadəcə Moskvanın cavabıdır. Onlar Olimpiya Oyunlarının mövqeyini sarsıtmağa və Olimpiya hərəkatına və hər şeydən əvvəl birliyə zərər verəcək bir növ ayrıca təşəbbüs yaratmaq istəyirlər.

Biz “Dostluq Oyunları” ilə bağlı proqram hazırlamalıyıq. Öz mövqeyimizi aydın şəkildə ifadə edə və bu ideyanı uğurla dayandıra bilərik. Biz idman və siyasi liderlər olaraq birləşməliyik. Bunu dayandırmalıyıq və ya heç olmasa Rusiyada keçirilən “Dostluq Oyunları”nı son dərəcə əhəmiyyətsiz etməliyik. Ruslar sadəcə bir otaqda özləri ilə təkbətək oynaya bilər və digər ölkələrlə rəqabət apara bilməzlər. Biz onların Olimpiya Oyunlarını məhv etməsinə və ya heç olmasa sistemlərində nifaq yaratmasına mane olmalıyıq”, – Banka bildirib.

Aut.az 

Exit mobile version