AUT.AZ

MY-nin əfsanəsi yenə də Şöhrət Zalına düşmədi – Şok səbəb

İngiltərə Premyer Liqası 2024-cü ildə Çempionatın Şöhrət Zalına daxil olmaq üçün namizədlərin siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, “Arsenal” və “Çelsi”nin sbiq müdafiəçisi Eşli Koul mütləq Zalda yer alacaq və azarkeşlər 15 namizəd  arasından daha iki oyunçu seçəcəklər.

Maraqlıdır ki, “Mançester Yunayted”in əfsanəvi sabiq futbolçusu Rayan Giqqz iddialılar arasında yoxdur.

Premyer Liqa ardıcıl dördüncü dəfə Giqqzi namizədlər sırasına salmayıb. O, 2020-ci ildə uelsli sevgilisinə hücum etməkdə şübhəli bilinərək həbs olundu, ona görə də laureatları seçərkən onun adı qeyd edilməyib. 2023-cü ilin yayında məhkəmə Giqqzi  təqsirsiz hesab etdi, çünki iddia edilən qurban ifadə verməkdən imtina etdi.

Qeyd edək ki, Giqqz liqa titullarına (13) və məhsuldar ötürmələrə (162) görə Premyer Liqa rekordçusudur, həmçinin karyera matçlarının sayında (672) üçüncü yerdədir.

“The Telegraph” iddia edir ki, Giqqz  daimi olaraq “qara siyahı”ya düşə bilər.

Aut.az

Exit mobile version