AUT.AZ

İlk dəfə atasını onda ağlayan görüb

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister Argentina millisinin Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbəni xatırladıb.

Xatırladaq ki, finalda argentinalılar penaltilər seriyasında daha dəqiq olmaqla Fransa millisinə qalib gəlib.

Aut.az xəbər verir ki, Aleksis finaldan sonra atasının ağladığını deyib.

“Düşünmürəm ki, oyundan sonra ilk dəqiqələrdə nə baş verdiyini anlaya bildik. İlk dəfə idi ki, atamı göz yaşları içində görürdüm. Və o, yumşaq ürəkli insan deyil! İnanıram ki, bu, heç vaxt unuda bilməyəcəyim bir andır”, – jurnalist Dave Okkop öz saytında Mak Allisterdən sitat gətirib.

Aleksis Mak Allister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. Argentinalı yarımmüdafiəçi əvvəllər “Brayton”da çıxış edib. Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 34 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalı Aleksisin bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version