AUT.AZ

Gürcülər tarixi qələbəni belə qeyd etdilər – VİDEO

2024-cü il Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqdan sonra Gürcüstan millisinin azarkeşləri qələbəni təntənəli şəkildə qeyd ediblər.

Aut.az xəbər verir ki, fanatlar oyunun keçirildiyi Boris Paiçadze adına stadionun meydançasına axışıblar. Onlar çılğın şəkildə komandalarının tarixi uğurunu qeyd ediblər.

Pley-off matçında Gürcüstan Yunanıstan komandasına qalib gəlib. Əsas və əlavə vaxt heç-heçə (0:0) başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq (4:2) olub. 

Gürcüstan millisi ilk dəfə qatıldığı Avropa çempionatının final mərhələsində Portuqaliya, Çexiya və Türkiyə ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Exit mobile version