AUT.AZ

Gözlənilməz qərar verdi: Sağollaşmıram, gözləməli olacaqsınız

İki dəfə yüngül çəkidə UFC çempionu olmuş Brandon Moreno gözlənilməz qərar verib.

Aut.az xəbər verir ki, meksikalı döyüşçü karyerasını dayandırmaq qərarına gəlib:

“Düşünürəm ki, beynimdəki limitə çatmışam. Mən yorğunam. Mən sağollaşmıram, yox. Amma mənim dönüşümü gözləməli olacaqsınız. Bərpa olunmalıyam.

Fasilədən əvvəl çempion oldum. Mən böyük döyüşçü olaraq qalıram. Hələ də ən yaxşı olmaq üçün bütün bacarıqlarım var”.

Qeyd edək ki, ötən ilin dekabrında onun 30 yaşı tamam olub. Moreno son beş döyüşündə üç məğlubiyyət yaşayıb.

Aut.az

Exit mobile version