AUT.AZ

Fransa Olimpiya Oyunlarına nə qədər pul xərcləyəcək?

Fransanın bu ölkədə keçiriləcək Yaya Olimpiya Oyunlarının keçirilməsinə nə qədər xərcə başa gələcəyi məlum olub.

Aut.az xəbər verir ki, Auditorlar Məhkəməsinin sədri Pierre Moskovisi Paris olimpiadasının ölkəyə nə qədər başa gələcəyini açıqlayıb:

“Biz hələ Olimpiya Oyunlarının keçirilməsinin dəqiq xərcini bilmirik. Hesablama Palatası oyunlardan sonra yoxlama aparacaq. Olimpiada 3-5 milyard avroya başa gələcək. Bu məbləğin milli borcumuza böyük təsir edəcəyini düşünmürəm”.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Exit mobile version