AUT.AZ

Daha bir ulduz Ərəbistan klubuna keçir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur X sosial şəbəkəsində məlumat yayıb. Yarımmüdafiəçinin xidmətində hansı klubun maraqlı olduğu açıqlanmır.

Kazemiro Braziliyanın “San Paulo” klubunun yetirməsidir. 2013-cü ildə “Real”a transfer olunub. 9 ildən sonra “Mançester Yunayted”ə keçib.

Kazemiro bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Aut.az

Exit mobile version