AUT.AZ

Cokoviç onunla əməkdaşlığı dayandırdı

“Böyük Dəbilqə”nin 24 qat çempionu, dünyanın bir nömrəli tennisçi Novak Cokoviç məşqçi Qoran İvanişeviç ilə əməkdaşlığa son verib.

Aut.az xəbər verir ki, bu barədə Cokoviç özü sosial şəbəkədə yazıb.

“Qoranı komandama dəvət etdiyim anı yaxşı xatırlayıram. 2018-ci il idi, Vayda ilə duetimiz üçün yenilik axtarırdıq. Əslində, Qoran ilə işləmək bizə xidmətimizi təkmilləşdirməklə yanaşı, həm də çoxlu sevinc, gülüş, dünyanın bir nömrəli reytinqi, rekordlar və “Böyük Dəbilqə” qələbələri gətirdi.

Bir neçə gün əvvəl Qoranla birgə işi dayandırmaq qərarına gəldik. Meydanda eniş-yoxuşlar yaşadıq, amma dostluğumuz həmişə möhkəm olub. Hər şey üçün təşəkkür edirəm, dostum. Mən səni sevirəm”, – Cokoviç yazıb.

Aut.az

Exit mobile version