AUT.AZ

Çerçesov Azərbaycana gedib statusunu aşağı salmamalıdır – Ruslar belə deyir

Futbol üzrə Rusiya yığmasının sabiq futbolçusu Dmitri Sennikov Stanislav Çerçesovun Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olması ilə bağlı yayılan məlumatlara cavab verib.

Aut.az xəbər verir ki, Sennikov “Çhampionat”ın müxbiri Vladislav Kruqlovla söhbətində Azərbaycan yığmasını aşağılayıb.

“Çerçesov kimi mütəxəssis uzun müddət işsiz qala bilməz. Onun Rusiya millisi ilə işləmək təcrübəsi çox gözəldir, ona görə də Azərbaycandan maraq başa düşüləndir. Əgər Çerçesov indi Rusiyada iş tapmasa, Azərbaycan variantını nəzərdən keçirməyə dəyər. Məncə, mövsümün sonuna qədər gözləməyə dəyər, çünki bəzi vakansiyalar RPL-də olacaq.

Mənə elə gəlir ki, Çerçesov xeyli yol keçib və o, klublardan çox milli komandalarla işləməkdə maraqlıdır. Onun statusunu aşağı salmasının mənası yoxdur, çünki Rusiya millisi ilə dünya çempionatında olub, “Ferentsvaroş”la Çempionlar Liqasında iştirak edib. Düşünürəm ki, özü də Azərbaycana getməyəcək. Niyə getməlidir? Rusiyada ancaq çempionluq uğrunda mübarizə aparan klublara gedəcək”, – Sennikov bildirib.

Aut.az

Exit mobile version