AUT.AZ

“Çelsi” ulduz futbolçunu geri qaytarır: Məqsəd başqadır

“Çelsi” yayda hazırda “Roma”da icarə əsasında çıxış edən belçikalı hücumçu Romelu Lukakunu geri qaytarmağı planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

“Zadəganlar” Lukakuya komandada oynamaq üçün daha bir şans verməyi planlaşdırmır. London klubu onu yalnız Səudiyyə Ərəbistanına sərfəli qiymətə satmaq ümidi ilə geri qaytarır.

Lukaku keçən yay Səudiyyə Ərəbistanından gələn təklifi rədd etmişdi.Llakin “Çelsi” bu dəfə 30 yaşlı belçikalıya imtina edə bilməyəcəyi bir təklif alacağına ümid edir.

Exit mobile version