AUT.AZ

“Barselona”nın şikayəti rədd edildi

“Barselona”nın baş məşqçisi Xavi komandasının La Liqada növbəti iki oyununu buraxacağı dəqiqləşib.

Aut.az xəbər verir ki, “Barselona” rəhbərliyi 29-cu turun “Aletiko” ilə oyununda (0:3) mütəxəssisin aldığı qırmızı vərəqə ilə bağlı apelyasiya şikayəti verib. Iakin İspaniya Kral Futbol Federasiyasının (RFEF) Rəqabət Komitəsi bunu rədd edib.

Xavi “Las Palmas” və “Kadis”lə matçlarda texniki zonada ola bilməyəcək. Oyunların martın 30-u və aprelin 13-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Xavi aprelin 21-də 32-ci turun “Real”la səfər matçında texniki zonaya qayıdacaq.

Exit mobile version