AUT.AZ

Xavi Premyer Liqa klublarının hədəfində

FC Barcelona, Barca v CA Osasuna - LaLiga EA Sports Xavi Hernandez head coach of FC Barcelona looks on prior the LaLiga EA Sports match between FC Barcelona and CA Osasuna at Estadi Olimpic Lluis Companys on January 31, 2024, in Barcelona, Spain. Barcelona Estadi Olimpic Lluis Companys Catalunya Spain RL_FCBvOSA_019 Copyright: xRicardoxLarreinax

Cari mövsümün sonunda “Barselona”nın baş məşqçi postunu tərk edəcək Xavi “Çelsi” və “Nyukasl”ın maraq darisə düşüb.

Aut.az HITC-ə istinadən xəbər verir ki, Premyer Liqa klublarının rəhbərləri ispan əfsanəsinin pərəstişkarlarıdır. Bu səbəbdən onu baş məşqçi postuna dəvət etmək istəyirlər.

“Çelsi”nin hazırkı baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettinodur. İngiltərə çempionatının 27 turundan sonra London klubu 39 xal toplayıb və 11-ci yerdədir.

“Nyukasl”a isə Eddi Hou rəhbərlik edir. “Sağsağanlar” 40 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Xavi yanvarın sonunda “Barselona”dan ayrılmaq qərarına gədliyini açıqlayıb.

Aut.az

Exit mobile version