AUT.AZ

“Vest Hem” əfsanəvi kikboksçunun oğlu ilə müqavilə imzaladı – FOTO  

“Vest Hem” kikboksinq üzrə keçmiş dünya çempionu Remi Bonjaskinin oğlu Din Bonjaski ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, 13 yaşlı Din iki illik müqavilə imzalayıb və “Vest Hem”in U-14 klubunda çıxış edəcək.

Remi Bonjaski Dinin müqaviləni imzalayarkən çəkilmiş fotosunu paylaşaraq oğlu ilə qürur duyduğunu bildirib. Əfsanəvi kikboksçu yazıb: “Oğlumla, “Vest Hem”in oyunçusu ilə fəxr edirəm”.

48 yaşlı Bonjaski yeniyetmə ikən futbol oynasa da, ayağını sındırdıqdan sonra uzun və uğurlu karyera qura bildiyi kikboksinqə keçib.

Niderlandlı 2003, 2004 və 2008-ci illərdə üçqat ağır çəkidə K-1 çempionu olub. O, karyerası ərzində 78 qələbə qazanıb, onlardan 40-ı nokautla bitib. 20 görüşdə isə məğlubiyyətlə üzləşib.

Aut.az

Exit mobile version