AUT.AZ

Sifətimi yumruqlamaq istəyirəm – “Mercedes” bossu

Avstraliyada qran-prisində “Mercedes” sürücüləri finişə çata bilməyiblər – Lyuis Hemilton texniki problemlə üzləşib, Corc Rassel isə qəzaya düşüb.

Aut.az xəbər verir ki, “Mercedes”in bossu Volf məsələyə münasibət bildirib.

“Bu mərhələni və bütövlükdə mövsümü qəbul etmək çətindir. Sifətimi yumruqlamaq istəyirəm. Mənfi düşüncələri qovmağa çalışmalı və hər şeyi düzəldəcəyinizə inanmalısınız.

Biz inanırdıq ki, bu mövsüm avtomobilimiz keçənilkindən daha yaxşıdır. İndi “Ferrari” və “McLaren” bizdən 40 saniyə öndədir, bunu qəbul etmək çətindir”, – Volf bildirib.

Aut.az

Exit mobile version