AUT.AZ

“Neftçi” yarımfinalda

Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

Aut.az xəbər verir ki, günün ilk oyunu “Xırdalan” və “Sumqayıt” komandaları arasında baş tutub. Bu oyun “Xırdalan” klubunun 89-83 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: “Xırdalan” (Teyvion Körk- 20 xal, 5 ribaund), “Sumqayıt” (Nəzər Quliyev – 21 xal, 8 ribaund)

Günün ikinci oyununda qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” klubları üz-üzə gəliblər. Bu görüşdə “Neftçi” 80-67 hesablı qələbə qazanaraq A qrupunu lider tamamlayıb.

Ən məhsuldar basketbolçular: “Neftçi” (Kamran Məmmədov – 26 xal, 4 ribaund), “Xəzri” (Oubri Makalpayn – 26 xal, 5 ribaund)

Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına “Sabah” – “NTD-İndiqo” oyunundan sonra aydınlıq gələcək.

Exit mobile version