AUT.AZ

Lunyev “Qarabağ”ı niyə seçdiyini açıqladı

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyev Azərbaycana gəlmək qərarının səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, Lunyev bu barədə Match TV-yə müsahibəsində deyib.

“Mən “Qarabağ”a konkret məqsədi həyata keçirmək, özüməüsübut etmək üçün gəlmişəm. Zədədən, oyun vaxtı baxımından “Bayer”dəki uğursuz dönəmdən, sağlamlıq baxımından pis seriyadan sonra dəqiq məqsədim var idi – sadəcə olaraq stabil və yaxşı vəziyyətim – futbola qayıtmaq”, – Lunyev deyib.

32 yaşlı qolkiper 2023-cü ilin avqustunda “Qarabağ”la müqavilə imzalayıb. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 32 qol buraxıb. Eyni zamanda, səkkiz oyunda qapısını toxunulmaz saxlayıb.

Aut.az

Exit mobile version