AUT.AZ

Lamın Avro-2024-də favoriti – Almaniya deyil

Almaniya millisinin heyətində 2014-cü il dünya çempionu Filip Lam qarşıdan gələn Avro-2024-ün favoritini açıqlayıb.

“Fransa. Sadəcə olaraq, deyərdim ki, onların 40 çox istedadlı oyunçusu var. Onların çox balanslı komandası var və asanlıqla dəyişiklik edə bilirlər, lakin ən əsası meydanda komanda olmaqdır” deyə Lam AFP-ə bildirib.

Avropa çempionatında Fransa yığması D qrupunda mübarizə aparacaq, onun rəqibləri Niderland, Avstriya və Uels-Polşa pley-off mərhələsinin qalibi olacaq.

Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Aut.az

Exit mobile version