AUT.AZ

İspaniyada xaos: FİFA müdaxilə edə bilər

Beynəlxalq Futbol Federasiyası ( FİFA ) keçmiş rəhbəri Luis Rubialeslə bağlı bir sıra qalmaqallı situasiyalar sayəsində üzə çıxan nizamsızlıq səbəbindən İspaniya Kral Futbol Federasiyasının (RFEF) fəaliyyətinə müdaxilə edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mülki Qvardiyanın RFEF ofisində apardığı axtarışlar zamanı tapılan sənədlər sübut edir ki, Luis Rubiales və onun komandası işlədikləri müddətdə korrupsiya əməliyyatlarında, çirkli pulların yuyulmasında və vicdansız idarəetmədə iştirak ediblər.

Vurğulanır ki, FİFA daha əvvəl baş tutmalı olan, lakin Mülki Qvardiyanın axtarışları nəticəsində ləğv edilən RFEF-in yeni prezidenti seçkilərinə nəzarət yarada bilər.

Xatırladaq ki, daha əvvəl KİV-də Rubialesin hazırda Dominikan Respublikasında olduğu, oradan aprelin 6-da İspaniyaya qayıtmağı planlaşdırdığı və ölkəyə qayıdan kimi həbs olunacağı barədə məlumatlar yayılmışdı.

Aut.az

Exit mobile version