AUT.AZ

Federasiya prezidentinə ömürlük həbs verildi

Çində məhkəməsi yerli futbol assosiasiyasının keçmiş sədri Çen Syuyanı rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edib.

Aut.az xəbər verir ki, bu barədə dövlət televiziyası rəsmi məlumat yayıb.

Çen Xiuyuan siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib. Rüşvətxorluqla əldə edilən qanunsuz gəlirlər qanunvericiliyə uyğun olaraq dövlət xəzinəsinə köçürülüb.

Çen Xiuyuan 2010-2023-cü illərdə Şanxay Beynəlxalq Limanında və Çin Futbol Assosiasiyasında müxtəlif rəhbər vəzifələrdə çalışarkən 81 milyon yuandan (11 milyon dollar) çox rüşvət alıb.

Qeyd edək ki, ÇXR hakimiyyəti 2012-ci ildə Si Cinpin hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində bir çox məmurlar, o cümlədən yüksək vəzifəli şəxslər öz postlarını itirib, həbs cəzalarına, o cümlədən ömürlük həbsə məhkum ediliblər.

Aut.az
Exit mobile version