AUT.AZ

“Azərbaycan çempionatının oyunlarında ab-hava acınacaqlıdır” – Lunyev

“Qarabağ”ının rusiyalı qapıçısı Andrey Lunyev Azırbaycan çempionatı ilə bağlı təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, Lunyev bu barədə Match TV -yə müsahibəsində bildirib

– Azərbaycan çempionatı 10 komandanın iştirak etdiyi turnirdir. Dörd dairə oynayırıq. Düzünü desəm, yaxşı tərəfə təəccübləndim. Çünki “Qarabağ”ın futbolçuları mənə demişdilər ki, burada avrokuboklar gedəndə zövq alırsan, avrokubok bitən kimi hər şey çətin olur. Oyuna görə kimsə ilə heç vaxt asan olmur.

Atmosfer, belə demək mümkünsə, məyusedicidir: stadionlara çox az tamaşaçı gəlir. Hiss olunur ki, siz rəsmi oyun deyil, bir növ yoldaşlıq oyunu keçirirsiniz.

– Reziuan Mirzova qarşı “Neftçi” – “Qarabağ” derbisində necə oynadın?

– Yaxşı. Son oyunda o, biz artıq 2:1 hesabı ilə qalib gələndə meydana daxil oldu. Ancaq aydındır ki, 5-10 dəqiqədə özünü ifadə etmək, özünü göstərmək çətin olur.

“Qarabağ”a konkret məqsədlə gəlmişəm. Zədədən və “Bayer”də oynamaq baxımından uğursuz müddətdən sonra mənim qarşıma dəqiq hədəf qoyulmuşdu – stabil və yaxşı vəziyyətə qayıtmaq, futbola qayıtmaq.

– Alınır?

– Qismən. Mövsümün sonunda neçə faiz alındığını dəqiq deyəcəyəm.

– “Qarabağ” əyləncəli komandadır?

– Bir tərəfdə zarafata da yer var. Amma eyni zamanda ən sərt intizam. Əgər Stanislav Salamoviçin (Çerçesovun) dövründə Rusiya millisində təbəssüm olmadan ciddi işlər görmək mümkün deyildisə, burada daha sərtdir.

– Gələcəkdə bu klubla davam edəcəksiniz?

– Görək. Mənim müqaviləm olduğu müddətdə çempionat davam edir, kubokun yarımfinalında oynayırıq. Məqsəd hər şeyi qazanmaqdır.

– Müqavilənin uzadılmasından danışırlar?

– Söhbət oldu. İndi, belə demək mümkünsə, hələ danışıqlar mərhələsindədir.

Bu mövsüm 32 yaşlı Andrey Lunyev “Qarabağ”ın heyətində 26 oyun keçirib və 35 qol buraxıb (8 oyunda qapısını toxunulmaz saxlayıb).

Aut.az

Exit mobile version