AUT.AZ

Avro-2024: son 3 vəsiqənin sahibi müəyyənləşir

Bu gün Avro-2024-ün son iştirakçıları məlum olacaq.

Aut.az xəbər verir ki, pley-off mərhələsinin final matçlarından sonra Almaniyadakı turnirə vəsiqənin son sahibləri bəlli olacaq.

Gürcüstan yığması Yunanıstanla üz-üzə gələcək. Cütün qalibi turnirin F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq.

Avro-2024
Pley-off mərhələsi, finallar

26 mart

21:00 Gürcüstan – Yunanıstan
23:45 Ukrayna – İslandiya
23:45 Uels – Polşa

Exit mobile version