AUT.AZ

1600 azarkeşə qadağa: AÇ-2024 vaxtı ölkədən çıxa bilməzlər

Qeyri-qanuni fəaliyyətlə məşğul olan 1600-dən çox Böyük Britaniya futbol azarkeşinin gələn ilin yayında keçiriləcək Avropa Çempionatı zamanı ölkədən çıxışı qadağan ediləcək.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu azarkeşlər pasportlarını təhvil verməyə məcbur olacaqlar. Əgər onlar təyin olunmuş turnirin keçiriləcəyi Almaniya ərazisinə səfər etsələr, onları 6 ay həbs və ya külli miqdarda cərimə gözləyir.

Qeyd olunur ki, bu azarkeşlər Böyük Britaniyanı yalnız xüsusi icazə ilə tərk edə biləcəklər.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə yığması Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda çıxış edəcək.

Aut.az

Exit mobile version