AUT.AZ

Əri uduzdu, özü Neymar və “Mayami”nin ulduzu ilə görüşdü – FOTO

Fransalı tennisçi Qael Monfils Mayamidə keçirilən ATP 1000 turnirində çıxışını 1/16 finalda dünyanın ikinci tennisçisi Karlos Alkarasa uduzaraq ( 0:2 ) başa vurub.

Aut.az xəbər verir ki, qarşılaşmanı Monfilsin həyat yoldaşı, Ukraynanın birinci tennisçisi Yelena Svitolina izləyib.

Qarşılaşma zamanı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymar və “Mayami Hit”in ulduz basketbolçusu Cimmi Batler də arenada olub.

Görüşdən sonra ukraynalı tennisçi idmançılarla görüşüb və birlikdə bir neçə foto çəkdirib.

Aut.az

Exit mobile version