AUT.AZ

Ərəblər “Uembli”də möhtəşəm boks gecəsinin anonsunu verdi

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx bu ilin yayında “Uembli” stadionunda möhtəşəm boks gecəsi keçirməyi planlaşdırdığını açıqlayıb.

Aut.az xəbər verir ki, bu, Tayson Fyurinin 2022-ci ilin aprelində WBC kəmərini qorumaq üçün Dillian Uayttı nokaut etməsindən sonra “Uembli”də keçirilən ilk boks yarışı olacaq.

“Hazırda biz Eddi Hern və Frank Uoarrenlə Londonda üçüncü rübdə böyük bir iş görmək imkanını araşdırırıq. Biz bunu müzakirə edirik və düşünürük ki, bir neçə həftə ərzində qəti qərara gələcəyik”, – deyə Turki Əl-Şeyx bildirib.

Son bir neçə ildə Əl-Şeyx boks dünyasını çox dəyişib. Onun böyük maliyyə resursları sayəsində Səudiyyə Ərəbistanı çox qısa müddətdə boks dünyasının paytaxtı olub.

Aut.az

Exit mobile version