AUT.AZ

ŞOK İDDİA: “Fənər” çempionatdan çəkilir, bu ölkələrdən birində oynayacaq

Türkiyənin “Fənərbaxça” klubu daxili çempionatın 30-cu turunun matçında “Trabzonspor” azarkeşlərinin hücumuna görə çempionatdan çəkilə bilər.

Aut.az xəbər verir ki, klub Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqaları ilə variantları nəzərdən keçirir. Bu barədə Türkiyənin BPT internet nəşri məlumat yayıb.

Xatırladaq ki, Superliqanın 30-cu turunun matçının final fitindən sonra “Fənərbağça”lıların meydanın mərkəzində qələbəni çılğınlıqla qeyd etməsi, kütləvi şəkildə meydana qaçan trabzonlu fanatları qəzəbləndirib. Bundan sonra qonaq futbolçuların iştirak etdiyi dava başlayıb.

Aut.az

Exit mobile version