AUT.AZ

Qadınlar üsyan edirlər: Heç olmasa minimum məvacib verin

Niderlandlı qadın futbolçular Kral Futbol İttifaqına, klublara və sponsorlara müraciət edərək maaşlarını artırmağa çağırıblar.

Aut.az xəbər veririk, Niderlandda demək olar ki, bütün qadın futbolçular tam maaş deyil, sadəcə olaraq müavinət alırlar. Liqadakı 12 peşəkar klubdan yalnız biri bütün qadın oyunçularına tam maaş verir. Qadın futbolçuların klublarla müqavilələri həftədə 16 saat iş üçün nəzərdə tutulub.

“Biz futboldan pul qazana bilmək istəyirik ki, oyundan kənarda yaşaya bilək. Bizə milyonlar lazım deyil, heç olmasa minimum əmək haqqı tələb edirik. Biz peşəkar olmaq istəyirik”, – qadın futbolçuların bəyanatında deyilir.

“Biz hər birimizin 40 saatlıq əmək müqaviləsinin olmasını və buna görə ən azı minimum əmək haqqı almağı zəruri hesab edirik. Bəzən həftənin altı günü meydanda olursunuz və başqa işlərlə də məşğul olmaq məcburiyyətindəsiniz”, – “Telstar” komandasının kapitanı Kelly Steen deyib.

Aut.az

Exit mobile version