AUT.AZ

İrqçiliklə bağlı sual verdilər, hönkür-hönkür ağladı – VİDEO

“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior milli komanda ilə keçirdiyi mətbuat konfransında irqçilikdən danışarkən ağlayıb.

Aut.az xəbər verir ki, son zamanlar futbolçu İspaniyada azarkeşlər tərəfindən mütəmadi olaraq irqçi təhqirlərə məruz qalır.

“Mən sadəcə futbol oynamaq, klubum və milli komandam üçün hər şeyi etmək istəyirəm. Mən qara insanların əziyyət çəkdiyini görmək istəmirəm. Bu, hər gün, hər matçda olur. Bu məni çox kədərləndirir. Bu, təkcə İspaniyada deyil, bütün dünyada baş verir.

Atam da bu yolu keçib. Nə yaxşı ki, ailəm məni dəstəkləyir, klub və milli komanda dəstəkləyir. Mənim və başqalarının daim irqçilikdən şikayətlənməsi məni qıcıqlandırır, amma heç nə dəyişmir. Bunu dayandırmaq üçün insanlar yaxşı təhsil almalıdırlar”, – Vinisius deyib.

Aut.az

Exit mobile version