AUT.AZ

İlqar Məmmədov ruslara müraciət etdi: bu, cəmiyyətin parçalanması olacaq

Rusiya Qılıncoynatma Federasiyasının prezidenti İlqar Məmmədov hesab edir ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarına rusiyalı idmançıların buraxılması ilə bağlı şərtlər cəmiyyəti parçalaya bilər, buna yol vermək olmaz.

Aut.az xəbər verir ki, Məmmədov bu barədə TAAS agentliyinə açıqlmasında bildirib.

“Beynəlxalq Olimpiya Komitəsinin (BOK) şərtlərinə görə Oyunlara getməyə dəyərmi? Mənim fikrim dəyişmir – yox, bu, cəmiyyətin parçalanması olacaq, buna yol vermək olmaz. Sual budur ki, siz özünüzü və ya vətəninizi nə qədər sevirsiniz? Qoy hər kəs özünə bu sualı versin, hər kəs öz vicdanı ilə baş-başa qalsın. Əgər özünü daha çox sevirsənsə, get, amma ölkəni deyil, özünü təmsil edirsənsə, o zaman idmançı kimi haradan gəldiyini, harada doğulduğunu xatırlamalısan.

Əvvəlcə uşaq klubu, sonra yeniyetmələr komandası, böyüklər komandası, bunların hamısını dövlət, sizin ölkə maliyyələşdirirdi. Əgər siz bütün bunları unudubsunuz və hesab edirsiniz ki, doğulandan dərhal möhtəşəm olubsunuz, onda Olimpiya Oyunlarına gedin”, – Məmmədov deyib.

Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Aut.az

Exit mobile version