AUT.AZ

“Bavariya”nın “B” planı: Onu gətirə bilməsələr…

“Bavariya”nın idman direktoru Maks Eberl “Brayton”un baş məşqçisi Roberto De Zerbi ilə danışıb və italiyalı mütəxəssisə klubun onun xidmətində maraqlı olduğunu bildirib.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Hazırda “Bavariya”nın əsas hədəfi Xabi Alonsodur, lakin “Bayer” onu saxlamaq istəyəcək. Həmçinin “Liverpul” da onun xidmətində maraqlıdır.

De Zerbi, Alonsonu gətirə bilməsə, “Bavariya”da alternativ variant olaraq görülür.

De Zerbi ilə bir neçə klub maraqlanır. Xüsusilə də mətbuat “Barselona”nın italyanı Xavinin əvəzləyicisi kimi nəzərdən keçirdiyini yazıb.

Aut.az

Exit mobile version