AUT.AZ

Millimiz Bolqarıstanla heç-heçə etdi

Azərbaycan millisi bu gün “FIFA series – Edition 2024” turnirində növbəti görüşünü keçirib.

Aut az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb

Azərbaycan yığması ilk Monqolustanı, Bolqarıstan isə Tanzaniyanı eyni hesabla – 1:0-la məğlub edib.

“FIFA series – Edition 2024”
II Oyun

25 mart

20:00 Azərbaycan – Bolqarıstan 1:1
Qollar: Musa Qurbanlı, 87 – Krastev, 59

Baş hakim: Kristo Tohver (Estoniya)
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Baş məşqçi: Arif Əsədov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev

Baş məşqçi: İlian İliev

Exit mobile version