AUT.AZ

Argentinalı əfsanə üsyan etdi: Biz futbolu sevirdik, indikilər isə…

“Barselona”nın sabiq yarımmüdafiəçisi Xuan Roman Rikelme maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, “Football Talk”a danışan argentinalı veteran futbolçu müasir oyunçular haqqında fikirlərini bölüşüb. “Biz futbolu sevirdik. Matçlardan sonra rəqs etmək və ya buna bənzər hər hansı bir şey bizi maraqlandırmırdı. İndi futbolçular daha çox saç ustası ilə şəkil çəkdirməyə görə narahatdırlar”, – deyə Rikelme bildirib.

Qeyd edək ki, Xuan 2015-ci ildə karyerasını bitirib. 45 yaşlı sabiq yarımmüdafiəçi “Boka Xuniors”, “Vilyarreal” və “Barselona”da çıxış edib. O, Argentina millisində 51 oyun keçirib, 17 qol vurub və 20 məhsuldar ötürmə edib. Hazırda “Boka Xuniors”un rəhbər heyətində yer alıb.

Aut.az

Exit mobile version