AUT.AZ

Alveş azadlığa belə çıxdı – VİDEO

“Sevilya” və “Barselona”nın sabiq müdafiəçisi, braziliyalı futbolçu Dani Alves 1 milyon avroluq girov qarşılığında həbsdən azad edilib.

Xatırladaq ki, daha əvvəl Alveş ailəsinin məhkəməyə girov qoymaq üçün zəruri olan 1 milyon avro məbləğində kredit götürməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.

Ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra braziliyalı 4,5 il həbs cəzasına məhkum edildi və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib.

Eyni zamanda İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalması lazım olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırıb.

Aut.az 

Exit mobile version